Pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 1 mlrd. 288 mln. manat ödənilib

2023-cü ilin yanvar-fevral aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 207 mln. manat və ya 19,1 faiz çox olmaqla 1 mlrd. 288 mln. manat ödənilib...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Poliqon.info-ya verilən xəbərə görə, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılaraq, minimum pensiya da fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.

Həmçinin 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb.

Poliqon.info