Şimal axını”na partlayıcı yerləşdirən yaxtanın adını çəkilib

“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində partlayıcı maddələrin quraşdırılması üçün “Bavaria Cruiser 50 Andromeda” yaxtasından istifadə oluna bilər...

Poliqon.info xəbər verir ki, bu barədə Der Spiegel jurnalının məlumatında bildirilir.

Jurnalın yazdığına görə, yaxta təxminən 15 metr uzunluğundadır və Rügen adasında yerləşən özəl şirkətə məxsusdur. Yaxta sentyabrın əvvəlində saxta sənədlərdən istifadə edən bir qrup naməlum şəxs tərəfindən icarəyə götürülüb.

Şirkətin icraçı direktoru Der Spiegel-ə yaxtasının icarəsi ilə bağlı şərh verməkdən imtina edib. Karlsruedəki federal prokurorluq da davam edən istintaqa istinad edərək şərh verməkdən imtina edib, lakin səlahiyyətlilər gəmidə şübhəli icarə ilə bağlı yanvarın 18-dən 20-dək axtarış aparıldığını təsdiqləyiblər.

Poliqon.info