Əfqanıstanda Taliban qubernatoru öz ofisində öldürülüb…

Əfqanıstanda Taliban qubernatorunun ofisində partlayış baş verib və qubernator həlak olub…

Poliqon.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Əfqanıstanın şimalında Taliban qubernatoru ofisində baş verən partlayış nəticəsində öldürülüb. Əyalət polisinin sözçüsü Asif Vəziri deyib ki, Bəlx vilayətinin qubernatoru Məhəmməd Davud Müzəmmil cümə axşamı günü partlayış nəticəsində iki nəfərlə birlikdə həlak olub.

Partlayışın səbəbi hələ də bəlli deyil, lakin Taliban sözçüsü Zabiullah Mücahid bildirib ki, bu şəxslər “İslam düşmənləri” tərəfindən öldürülüb.

Lakin o, heç bir şübhəlinin adını açıqlamayıb və heç bir qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib.

“"Hadisə araştırılır”, deyə Mücahid bildirib.

Poliqon.info