Martın 15-i pensiyalar tam ödəniləcək

Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-nə nəzərdə tutulub.

Bu barədə Poliqon.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Poliqon.info