Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov yeni mahnı yazıb

Martın 8-də Türkmənistanın ümummilli lideri, “Xalq Maslaxatı”nın sədri Qurbanqulu Berdiməhəmmədovun “Gəncləri təbrik edirəm” adlı yeni mahnısnını təqdimatı olub…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Türkmənistan Dövlət Xəbər Agentliyi məlumat yayıb.

Mahnı Ticarət və Sənaye Palatasının konfrans zalında Beynəlxalq Qadınlar Günü şərəfinə keçirilən şənliklərdə təqdim olunub. Mahnını Türkmənistanın əməkdar artisti Dövlət Amanlıkov ifa edib.

Xatırladaq ki, bu, hazırda xalq hakimiyyətinin ali orqanı olan “Xalq Maslaxtı”nın sədri olan Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədovun ilk mahnı yaradıcılıq təcrübəsi deyil.

2019-cu ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəvəsi Kərimlə birlikdə Axal-Təkə atının tayına həsr olunmuş “Rovaç” adlı öz bəstəsini ifa edib.

2021-ci ildə sözləri Qurbanqulu Berdiməhəmmədova, musiqisi isə nəvəsi Kərim Berdiməhəmmədova məxsus olan "Ağ şəhərim - Aşqabad" mahnısının premyerası olub.

Poliqon.info