Rusiya ilə İran arasında görünməmiş razılaşma…

Pentaqon rəhbəri Ostin: Rusiya Ukrayna ilə müharibədə kömək almaq üçün İranla görünməmiş razılaşma əldə edib…

Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, Rusiya İranla raket və hava hücumundan müdafiə sahəsində “görünməmiş hərbi əməkdaşlığa” girib. ABŞ müdafiə departamenti rəhbərinin sözlərinə görə, Moskva Tehranın Ukraynaya dəstəyinə cavab olaraq belə bir qərar verib.

Poliqon.info xəbər verir ki, Ostinin bəyanatı israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransı zamanı verilib.

ABŞ Müdafiə naziri bildirib ki, Ukrayna məsələsində İranın dəstəyinə cavab olaraq Rusiya İrana misli görünməmiş hərbi əməkdaşlıq, o cümlədən raketlər və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edib.

Pentaqon şefi bu əməkdaşlığın detallarını açıqlamayıb.

Poliqon.info