ABŞ 10 il ərzində büdcə kəsirini 3 trilyon dollar azaltmağı planlaşdırır

ABŞ Administrasiyası on il ərzində ölkənin büdcə kəsirini 3 trilyon dollar azaltmağı hədəfləyir…

Poliqon.info xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsinə məlumatlarda qeyd edilib.

Sənəddə deyilir ki, Co Baydenin prezidentliyi dövründə ilk dəfə olaraq ölkənin büdcə kəsiri 1,7 trilyon dollar azalıb. 2024-cü maliyyə ili büdcə təklifi gələn onillikdə kəsirin təqribən 3 trilyon dollar azaldılmasını tələb edir.

Mətndən belə çıxır ki, administrasiya ABŞ vətəndaşlarının məişət xərclərini azaltmaqla, iqtisadiyyata sərmayə qoymaqla və əhalinin ən həssas təbəqələrini qorumaqla varlılara və korporasiyalara vergilərin artırılması yolu ilə belə nəticələrə nail olmağı planlaşdırır.

Qeyd edək ki, həmin sənəddə ABŞ-ın 2024-cü maliyyə ilində müdafiə xərclərini 3,2% artıraraq 842 milyard dollara çatdırmağı planlaşdırdığı bildirilir.

Poliqon.info