Ər-Riyad Moskva ilə Kiyev arasında vasitəçi olmaq istəyir…

Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkəsinin Moskva ilə Kiyev arasında vasitəçi olmağa hazır olduğunu bildirib…

Səudiyyə Ərəbistanı Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.

Poliqon.info xəbər verir ki, bu barədə Arab News nəşri məlumat yayıb. Nəşr xəbər verir ki, bunu martın 9-da krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Moskvaya rəsmi səfəri zamanı bildirib.

Şahzadə Feysal Krallığın münaqişənin siyasi həlli üçün bütün səyləri dəstəklədiyini təsdiqləyib.

Şahzadə Feysal rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Səudiyyə Ərəbistanı ilə Rusiya arasında mövcud olan tarixi dostluq və strateji əməkdaşlıqdan, eləcə də onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarından da danışıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli və çoxtərəfli işlərin konsolidasiyası məsələlərini müzakirə ediblər.

Poliqon.info