Tbilisidə etiraz aksiyası davam edir - Yenilənib,Foto

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası davam edir...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, aksiyaçılar "Rusiya qanununa yox", "Yaşasın Gürcüstan" şüarları səsləndirirlər.

Aksiyanın təşkilatçıları vətəndaşları sabah saat 11:00-da yenidən parlament binası yaxınlığına toplaşmağa çağırıblar. Etiraz aksiyası ilə əlaqədar parlament binasının yaxınlığına avtobuslarla xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

***

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiya zamanı saxlanılmış etirazçılar azadlığa buraxılıblar.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, aksiyalar zamanı saxlanılan 133 nəfərdən 132-si azadlığa buraxılıb.

Qeyd edək ki, hazırda parlament binası qarşısında keçirilən genişmiqyaslı aksiya davam edir. Rustaveli prospektinə toplanan minlərlə Gürcüstan vətəndaşı ölkə hakimiyyətinə qarşı müxtəlif şüarlar səsləndirirlər.

***

Tbilisidə etiraz aksiyalarında saxlanılanların hamısı sərbəst buraxılıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

##galery##

Poliqon.info