Laçın dəhlizi ilə bağlı Qərb-Rusiya təzadları...

Toivo Klaar bildirib ki, Laçın və Zəngəzur dəhlizlərində nəzarət-buraxılış məntəqələdinin olması hüquqi cəhətdən doğrudur...

Siyasi-şərhçi: “Avropa Ittifaqı nümayəndəsinin bu bəyanatı bizim üçün müsbət haldır. Bu, o anlama gəlir ki, artıq Avropa İttifaqı da bizim qətiyyətli mövqeyimizin dəyişməz olduğunu başa düşüb”.

“ABŞ və Avropanın bu prosesdəki marağı Rusiyanın neytrallaşdırılmasıdır. Çünki zatən beynəlxalq aləmdə Azərbaycanın ərazisi kimi tanılınan Qarabağın sülh müqaviləsində Ermənistan tərəfindən tanınması münaqişənin bitməsi ilə nəticələnəcək”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Laçın və Zəngəzur dəhlizi ilə bağlı mövqeyini Poliqon.info-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda İlham Əliyevlə görüşündən sonra bildirib ki, Laçın və Zəngəzur dəhlizlərində nəzarət-buraxılış məntəqələdinin olması hüquqi cəhətdən doğrudur və bu “Laçın dəhlizi” ilə daşınan yüklərin şəffaflığını təmin edən bir addımdır. Toivo Klaarin bu mövqeyi demək olar ki, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu fonda “Laçın dəhlizi”ndə nəzarət-buraxılış məntəqəsinin yaradılmasına qarşı çıxan tərəf Ermənistan və Rusiya görünür.

Bəs Rusiya və Ermənistanın “Laçın dəhlizi” ilə daşınan yüklərlə bağlı şəffaflıqdan yayınmasıni necə izah etmək olar və belə bir mövqe Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi varlığına necə təsir edir?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Münaqişə bitdikdən və sülh müqaviləsi imzalandıqdan sonra bölgədə artıq nə Rusiyanın hərbi bazasına, nə də sülhməramlılarına ehtiyac qalacaq”.

Ermənistanın Avropada və ABŞ-da güclü lobbisi və diasporasının olmasına baxmayaraq bu onlara Qarabağ məsələsində kömək etmədiyini nəzərə çatdıran ekspert bildirib ki, Rusiyanın bölgədən çıxarılmasını hədəfləyən ABŞ üçün Ermənistanın bu istəkləri çox cılız görünür:

“Avropa Ittifaqı nümayəndəsinin bu bəyanatı bizim üçün müsbət haldır. Bu, o anlama gəlir ki, artıq Avropa İttifaqı da bizim qətiyyətli mövqeyimizin dəyişməz olduğunu başa düşüb. Onlar anlayıblar ki , sülh müqaviləsinin imzalanmasında bizim üçün qırmızı xətt ərazi bütövlüyümüzün Ermənistan tərəfindən sözsüz tanınmasır.

Zatən Putinin bir neçə ay əvvəl dediyi kimi, bu prosesin həlli üçün təqdim olunan Vaşinqton variantındada məhz bu nəzərdə tutulmuşdur. Bu səbəbdən bizim üçün münaqişədə vasitəçi kimi Aİ və ABŞ-nın olması xeyrimizədir. Ermənistanın Avropada və ABŞ-da güclü lobbisi və diasporasının olmasına baxmayaraq bu onlara Qarabağ məsələsində kömək etmir. Çünki Rusiyanın bölgədən çıxarılmasını hədəfləyən ABŞ üçün Ermənistanın bu istəkləri çox cılız görünür. Biz də, bu global savaşın fonunda bunu fürsətə çevirərək məsələni tez bir zamanda xeyrimizə həll etməliyik.

ABŞ və Avropanın bu prosesdəki marağı Rusiyanın neytrallaşdırılmasıdır. Çünki beynəlxalq aləmdə Azərbaycanın ərazisi kimi tanılınan Qarabağın sülh müqaviləsində Ermənistan tərəfindən tanınması münaqişənin bitməsi ilə nəticələnəcək. Bu da o anlama gələcək ki, münaqişə bitdikdən və sülh müqaviləsi imzalandıqdan sonra bölgədə artıq nə Rusiyanın hərbi bazasına, nə də sülhməramlılarına ehtiyac qalacaq. Bunu istəməyən Rusiya isə əlbətdəki sülh prosesini pozmaq istəyir. Bu səbəbdən müxtəlif variantlara əl ataraq Paşinyana təziqlər edir. Gah Vardanyanı Moksvadan Qarabağa göndərir, gah yenidən Moskvaya qaytararaq oyunlar qurur.

Kamran Məmmədli: “Üçtərəfli bəyanatda Azərbaycanın sərhədləri ilə bağlı heç bir müddəa yoxdur və dolayısıyla Azərbaycanın öz sərhədində nəzarət buraxılış məntəqəsi yaratması rəsmi Bakının müstəsna hüququdur”.

Rusiya “Laçın dəhlizi” ilə daşınan yüklərlə bağlı şəffaflıqdan yayınmasını 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməni əsas gətirərək edir. Həmin bəyannaməyə görə Laçın dəhlizinə nəzarət funksiyasını Rusiyanın bölgədəki kontingenti həyata keçirir. Bu hər iki ölkənin razılıqı ilə hazırlanmış bəyannamədir. Hüquqi baxımdan Rusiya əsas kimi bu bəyannmədən istifadə edərək bildirir ki, nəzarəti biz edirik və hər şey şəffafdır. Ancaq Azərbaycan tərəfi bəyannamənin digər maddələrinin pozulmasını əsas gətirərək Rusiyadan birgə nəzarəti tələb edə bilər. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir və biz öz ərazimizdə lazım gəldikdə yoxlanış keçirmək üçün kimdənsə icazə almalı deyilik. Digər tərəfdən isə Üçtərəfli bəyanatda Azərbaycanın sərhədləri ilə bağlı heç bir müddəa yoxdur və dolayısıyla Azərbaycanın öz sərhədində nəzarət buraxılış məntəqəsi yaratması rəsmi Bakının müstəsna hüququdur.

Xüsusəndə buna əgər əsas varsa, Azərbaycan prokurorluğu tərəfindən axtarışa verilmiş terrorçu Arayik və onun silahlı dəstəsi hələdə bizim ərazilərimizdədir, hələdə Qarabağdan çıxarılmayıblar. Bu isə açıq şəkildə 10 Noyabr bəyannaməsinin maddələrinin pozuntusudur. Buna cavabdeh olan Rusiya sülhməramlıları isə vəzifələrini yerinə yetirmir. Bu həm bizim öz ərazilərimizdəki nəzarəti öz əlimizə götürməyimiz üçün,həmdə Rus sülhməramlılarını öz evlərinə (Rusiyaya) göndərmək üçün əsasdır”.

Nərminə UMUDLU Poliqon.info