Türkiyə sanksiya tətbiq edilən malların Rusiyaya tranzitini qəfil dayandırıb

Türkiyə gözlənilmədən Rusiyaya sanksiya tətbiq edilən malların tranzitini dayandırıb...

Poliqon.info xəbər verir ki. bu barədə “Kommersant FM”in Telegram kanalında bazar iştirakçılarına istinadən məlumat verilib. Məlumata görə, sanksiya tətbiq edilən malların rəsmiləşdirilməsinə Türkiyə gömrük xidməti icazə vermir.

Qeyd olunur ki, söhbət sanksiyalara məruz qalan və paralel idxalın tərkib hissəsi kimi Rusiyaya tədarük edilən mallardan gedir. Hazırda şirkət rəhbərləri təcili olaraq alternativ yollar axtarırlar.

Bazar iştirakçılarından biri bildirib ki, agentlərdən əvvəlcədən razılaşdırılmış rezervasiyaların ləğvi ilə bağlı bildirişlər almağa başlayıblar.

Poliqon.info