Fransa Senatı pensiya yaşının artırılmasına səs verib

Fransa hakimiyyəti pensiya islahatı ilə bağlı etirazçılara güzəştə getməyib…

Fransa Senatı ölkədəki tətillərə və kütləvi etirazlara baxmayaraq, ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasına səs verib.

Poliqon.info xrici mətbuata əsasən xəbər verir ki, Fransa Senatı pensiya yaşının artırılmasını təsdiqləyib.

Fevralın 19-da məlum olub ki, Fransa prezidenti Emmanuel Makronun reytinqi son üç ildə rekord həddə aşaığı düşüb. Son sorğulara görə, dövlət başçısının siyəsətini bəyənən fransızların payı 32%-ə düşüb. Ölkədə narazılığın əsas səbəbi Makronun apardığı pensiya islahatı olub.

Qeyd edək ki, Fransa hökümətinin pensiya islahatları ciddi etirazlara səbəbə olub. Yüz minlərlə insan tətil edərək küçələrə axışıb. Etirazçılar mitinqi təşkil edən həmkarlar ittifaqlarının pankartlarını daşıyaraq “60 yaşında pensiya üçün mübarizə aparaq!” şüarları səsləndirirlər.

Poliqon.info