Abşeronda evdən 20 min manatdan çox oğurluq edilib

Araşdırma aparılır...

Abşeronda evdən 20 min manatdan çox oğurluq edilib.

Bu barədə Poliqon.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Masazır qəsəbəsində 5 evdən ümumilikdə 1500 manat pul və 18.665 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Etibar Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Poliqon.info