Zelenski: Ukrayna Rusiyaya zərbə vurmaq üçün Qərb silahlarından istifadə etməyəcək

Kiyevdə Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyəcəklər…

Poliqon.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Kiyev Rusiya hakimiyyəti ilə danışıqlar aparmağı mümkün hesab etmir. Eyni zamanda o, vurğulayıb ki, Ukrayna Rusiya torpaqlarının işğalında, və yaxud da ilhaqında maraqlı deyil.

“Əvvəllər dəfələrlə demişəm ki, Rusiya torpaqları bizi maraqlandırmır. Bu günə qədər bizim Rusiya prezidenti ilə dialoqa başlamaq üçün heç bir şəraitimiz olmayıb. Putinin öz sözünün üstündə duracağına da inamımız yoxdur”, deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, münaqişənin davam etməsi üçüncü dünya müharibəsinə səbəb ola bilər. Eyni zamanda, Zelenski münaqişənin diplomatik yolla həllinin, yalnız Rusiyanın qüvvələrini Ukrayna torpaqlarından geri çəkdiyi təqdirdə baş verə biləcəyini bildirib.

Poliqon.info