İran gizli şəkildə Rusiyaya sursat verib...

Yanvarın sonunda İranın Əmirabad limanından Həştərxana 100 milyon patron və 300 min artilleriya, tank, raket, qumbaraatan və minaatan mərmiləri gətirilib...

Poliqon.info xəbər verir ki, bu barədə Sky News telekanalının araşdırmasında bildirilib. Telekanal xəbər yayıb ki, yükə həmçinin 10.000 kaska və zireh daxildir.

Sky News-un məlumatında bildirilir ki, yanvarın 10-da İrandan çıxan və yanvarın 27-də Rusiya limanına gələn Rusiyaya məxsus “Musa Cəlil” və “Beqey” gəmiləri ilə bütün sursat və əmlak daşınıb.

Britaniya mətbuatına görə, Rusiya hakimiyyəti İrana bu sursatların pulunu nağd şəkildə ödəyib.

Poliqon.info