Latviya Prezidenti: “Azərbaycan ölkəmizin əsas ticarət tərəfdaşıdır”

“Azərbaycan Latviyanın əsas ticarət tərəfdaşıdır”.

“Report” xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan və Latviyanın iş adamları ilə görüşdə bildirib.

“Pandemiyadan sonra sərhədlərin bağlanması və hərəkətlə bağlı çətinliklərin yaranması nəticəsində pozulan tədarük zəncirlərini bərpa etməyin vaxtı yetişib”, - o vurğulayıb.

Latviya dövlət başçısı qeyd edib ki, Latviya NATO və Avropa İttifaqının (Aİ) üzvü olaraq, enerji resurslarının şaxələndirilməsində potensialı görür və Azərbaycan artıq enerji mənbələrini Avropaya çatdırır, bu tədarük genişləndirilə bilər.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə çox iş görür, Aİ ölkələrinə təbii qaz marşrutlarının inkişafına və genişləndirilməsinə sərmayə qoyur: “Yaşıl texnologiya”lar və “ağıllı şəhər”lər sahəsində əməkdaşlıqda maraqlıyıq. Nəqliyyat və logistika da Azərbaycanla əməkdaşlıq etmək istədiyimiz sahələr sırasındadır”.

Poliqon.info