Hafiz Hacıyev Qadınları 8 Mart bayramı münasibətilə təbrik etdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib...

Təbrikdə deyilir:

Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, ailə səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Ölkəmizin qazandığı bütün uğurlarda, nailiyyətlərdə Azərbaycan qadınlarının böyük xidmətləri var. Azərbaycan qadını hər zaman keçmişlə müasirliyin vəhdətini qoruyub saxlamağı bacarıb. Adət-ənənələrimizin, zəngin mədəni sərvətlərimizin əsrlər boyu nəsildən-nəslə ötürülməsində də Azərbaycan qadınının müstəsna xidmətləri var.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib. Qadınlarımız ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər. Onlar rlm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olublar.

Bayramınız mübarək əziz Qadınlar!

Poliqon.info