Komandanın rəhbəri: "Futbolçuların dodağı partlayıb, idman direktoru Bakıya aparılıb"

I Divizionda çıxış edən "Mingəçevir" klubunun bir neçə üzvü yol qəzasında xəsarət alıb...

Bu barədə "Report"a bölgə təmsilçisinin İdarə Heyətinin sədri Ruslan Həmidov açıqlamasında bildirib.

O, özünün üzündən və almacıq sümüyündən xəsarət aldığını söyləyib: "Qəza zamanı harasa dəydim. Bu, böyük problem deyil. Futbolçulardan 4-5 nəfərin dodağı partlayıb. Hücumçumuz Tural Məmmədzadə isə ayaqlarından xəsarət alıb".

Sədr idman direktoru Zaur Qarayevin bir az narahatlığı olduğu üçün Bakıda özəl xəstəxanaya aparıldığını deyib: "Şükürlər olsun ki, ölüm təhlükəsi yoxdur. Zədəsi yüngüldür. Hər şeyi tam dəqiq bilmək üçün onu Bakıya göndərdik".

Qeyd edək ki, hadisə bu gün “Mingəçevir” komandası I Divizionun XX turunda “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Poliqon.info