Toivo Klaarın Bakı səfəri... - Baş verənlərin fonunda sülh prosesinin perspektivləri necə görünür?

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Bakıya səfər etdi...

Politoloq: “Rusiya Avropa İttifaqının və Qərbin sülh yaratmaq məqsədlərini yaxşı başa düşür”.

“Görünən odur ki, sülh məsələsi ciddi hal alan kimi atəşkəs pozulur, qarşıdurma yaranır. Bunun səbəbkarının açıq şəkildə Rusiya olduğu məlumdur”.

Bu sözləri politoloq Azər Qasımov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın Bakı səfərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Dünən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın Bakıya səfər etdi və sülh sazişini müzakirə etdi. Son baş verənlərin fonunda bu səfərin və sülh prosesinin perspektivləri necə görünür?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Nə qədər ki, Rusiya regiondadır sülhdən danışmaq boş xəyaldır. Rusiyanın olduğu yerdə sülh mümkün deyil”.

Burda əsas işin Azərbaycan və Ermənistanın üzərinə düşdüyünü vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər tərəflərin sülh müqaviləsi məsələsində fikirləri ciddi və səmimidirsə, onlar heç nəyə baxmadan sülh müqaviləsini ikitərəfli şəkildə hər hansı bir ölkədə bağlamalı, Rusiyanı fakt qarşısında qoymalıdırlar:

“Nə qədər ki, Rusiya regiondadır sülhdən danışmaq boş xəyaldır. Rusiyanın olduğu yerdə sülh mümkün deyil. Rusiya Avropa İttifaqının və Qərbin sülh yaratmaq məqsədlərini yaxşı başa düşür. Bilir ki, sülh onun regionda sözünün zəifləməsi və sonra isə regiondan çıxması ilə nəticələnəcək. Bəlkə də, Rusiya regionda sülh durumunda iqtisadi olaraq varlığını sürdürəcək, amma siyasi cəhətdən regionun həyatında söz sahibi ola bilməyəcək. Bu da gec-tez qarşıdurmaya gətirib çıxaracaq. Ona görə də Rusiya bu riski gözə ala bilməz. Ona tam söz sahibliyi lazımdır.

Görünən odur ki, sülh məsələsi ciddi hal alan kimi atəşkəs pozulur, qarşıdurma yaranır. Bunun səbəbkarının açıq şəkildə Rusiya olduğu məlumdur. Hesab edirəm ki, Aİ-nın nümayəndəsinin Bakıya səfəri durumu gərginləşdirməkdən başqa heç bir işə yaramayacaq.

Burda əsas iş Azərbaycan və Ermənistanın üzərinə düşür. Belə ki, əgər tərəflərin sülh müqaviləsi məsələsində fikirləri ciddi və səmimidirsə, onlar heç nəyə baxmadan sülh müqaviləsini ikitərəfli şəkildə hər hansı bir ölkədə bağlamalı, Rusiyanı fakt qarşısında qoymalıdırlar. Əks halda heç bir sülhdən danışmaq olmaz”.

Nərminə UMUDLU Poliqon.info