Sanksiyalar fonunda Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi artıb...

2022-ci ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi son 8 il ərzində rekord səviyyədə artıb...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, ötən ilin sonunda Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi səkkiz ildə maksimuma çatıb. Məlumatda bildirilir ki, Rusiyadan mal idxalı tarixi maksimuma çatıb və nəticədə rekord kəsir yaranıb.

2022-ci ildə Rusiyadan Aİ-yə mal idxalı dörddə bir artaraq 203,4 milyard avroya çatıb. Öz növbəsində, Avropa İttifaqından Rusiya Federasiyasına ixrac 38,1% azalaraq 55,2 milyard avro təşkil edib.

Eurostatın məlumatına görə, ticarət dövriyyəsi 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. O cümlədən, 2022-ci il ərzində 2,3% artaraq 258,6 milyard avroya çatıb.

Xatırladaq ki, Rusiyanın Ukraynada müharibə başlatmasından sonra Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı bir çox sanksiya paketləri tətbiq ediblər.

Poliqon.info