Si Tsinpin ÜDM-nin ardınca qaçarkən, ekologiyanı unutmamağa çağırıb

Çin lideri Si Tszinpin parlamentin 14-cü sessiyasının ilk iclasında sənaye istehsalının artırılması istiqamətində görülən işlər zamanı ətarf mühitə ziyan vurmamağa çağırıb...

Poliqon.infi xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Çinin Sinxua nəşri məlumat yayıb.

“Heç bir halda tələsik və ehtiyatsız hərəkətlər etməməli, balıq tutmaq üçün gölü qurudurkən hər şeyi məhv etməməliı və ya yalnız ÜDM-in artımına diqqət yetirməməliyik”, deyə Si ətraf mühitin qorunmasının vacibliyindən danışarkən deyib.

Çin lideri Tai gölünün sənaye tullantıları ilə çirklənməsini xatırladıb, bunun nəticəsində Çinin üçüncü ən böyük şirin su gölündə mavi-yaşıl yosunların sürətlə çoxalmasına, suyun keyfiyyətini kəskin şəkildə pisləşməsinə diqqət çəkib.

“Biz deyirik ki, təmiz sular və sulu dağlar əvəzolunmaz sərvətdir, lakin ətraf mühiti qoruya bilməsək, faydadan çox itkilər alacağıq”. Deyə Çinin dövlət başçısı vurğulayıb.

Poliqon.info