Zelenski Təhlükəsizlik Xidmətinin bəzi rəhbərlərini işdən çıxarıb

Prezident Vladimir Zelenski Ukrayna Təhlükəsizlik İdarəsinin (UTX) bir sıra əməkdaşının işdən çıxarılması haqqında fərman imzalayıb…

Poliqon.info Ukrayna mətbuatına əsasən xəbər verir ki, prezident Vladimir Zelenski təhlükəsizlik xidmətinin bəzi vilayət rəhbərlərinin vəzifədən azad edilməsi ilə bağlı bir sıra fərmanlar imzalayıb. Dövlət başçısı bir sıra təyinatlar da edib.

UTX rəhbərinin müavini Aleksandr Yakuşev, UTX-nın Sumı vilayəti üzrə şöbəsinin müdiri Eduard Fedorov, onun Zaporojye vilayətindəki həmkarı Boris Bezrukiy, dövlət sirrinin mühafizəsi və lisenziyalaşdırma şöbəsinin müdiri İqor Nosko, məişət dəstəyi şöbəsi Aleksandr Provotorov işdən çıxarılıb.

Bundan əlavə, Ukrayna prezidenti regional hərbi idarələrin rəhbərlərinin tutduqları vəzifələrdən kənarlaşdırılması haqqında da fərmanlar imzalayıb. Bildirilir ki, Valentin Rezniçenko (Dnepropetrovsk vilayəti), Aleksandr Starux (Zaporojye vilayəti), Oleksiy Kuleba (Kiyev vilayəti), Dmitri Jivitski (Sumı vilayəti), Yaroslav Yanuşeviç (Xerson vilayəti) istefa verəcəklər.

Poliqon.info