Güclü külək Ağdamda evin daş hasarını uçurub - Foto

Ağdamda küləkli hava şəraiti fəsadlar törədib...

APA-nın yerli bürosunun xəbərinə görə, külək rayonun Baharlı qəsəbəsindəki Məmmədova Məleykə İmran qızına məxsus evin daş hasarını uçurub.

Qəsəbədə yaşayan Allahverdiyev Dilənə məxsus evin isə dam örtüyü qopub.

Hazırda rayonun bir çox kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Poliqon.info