Gürcüstan parlamentdə deputatlar əlbəyaxa olublar

Bazar ertəsi gürcü deputatlar “Xarici agentlər haqqında qanun” layihəsini müzakirə edərkən parlamentdə dava düşüb...

Parlament binası yaxınlığında isə qanunun qəbuluna qarşı mitinq başlayıb.

Poliqon.info xəbər verir ki, parlamentdəki əlbayaxa dava Gürcüstan televiziyaları tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, “Xalqın Gücü” müxalifət hərəkatının deputatları Gürcüstan parlamentinə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təqdim ediblər və bu qanun layihəsində ölkədə qeyri-hökumət təşkilatlarının, KİV-lərin və xaricdən maliyyələşən qurumların reyestrinin formalaşdırılması nəzərdə tutulur. Parlament çoxluğuna malik hakim “Gürcü Arzusu” partiyasının üzvləri qeyd ediblər ki, onlar yeni qanun layihəsini dəstəkləmək niyyətindədirlər və prezident Salome Zurabişvili bu qanuna veto qoysa, parlamentarilər bu vetonu rədd etməyə çalışacaqlar.

Poliqon.info