FHN: Ötən sutka ərzində 55 yanğına çıxış olub

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 55 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində VAZ-2107 markalı minik avtomobil ilə “Mercedes-Benz” markalı minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.

Poliqon.info