Bild: Zelenski və Zalujnı arasında fikir ayrılığı var….

Baxmut ətrafında yaranmış vəziyyət Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnı arasında fikir ayrılığına səbəb olub…

Poliqin.info xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Zaluynı bir həftə əvvəl Baxmutdan geri çəkilməyi təklif edib. Lakin belə görünür ki, prezidentlə Baş komandan arasında Baxmutla bağlı əsaslı fkir ayrılığı mövcuddur.

“Bir neçə həftə əvvəl, taktiki səbəblərə görə Zalujnı hərbiçilərin Baxmutdan geri çəkilməsini tövsiyə etdi. Lakin Kiyevdə hesab edirlər ki, Baxmutun müdafiəsini davam etdirmək lazımdır. Buna görə Zelenski ilə Zalujnı arasında “atışma” ola bilər”, deyə nəşrin mənbəsi bildirib.

Qəzetin başqa bir mənbəsinə görə, Ukrayna Silahlı Qüvvələrində daha çox güman ki, Zalujnının mövqeyini bölüşürlər.

Poliqon.info