BƏƏ OPEK-dən çıxmağı düşünür

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) OPEC-dən çıxmaq planları ilə bağlı xəbərlər fonunda neft kəskin ucuzlaşıb...

Poliqon.info xəbər verir ki, bu barədə The Wall Street Journal ölkənin nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, səbəb BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında artan ziddiyyətlərdir.

Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edərsə, neft hasilatını öz istəyi ilə tənzimləyə bilər.

BƏƏ-nin hasilatı əhəmiyyətli dərəcədə artması gözləntiləri, qara qızılın qiymətlərinin kəskin düşməsinə səbəb olub.

Poiqon.info