İran nüvə proqramı ilə bağlı MAQATE ilə əməkdaşlıq edəcək

MAQATE İranın verdiyi sözə əməl edəcəyini gözləyir…

İran nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq edəcəyinə söz verib.

Poliqon.info xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

İran BMT-nin nüvə nəzarəti orqanına geniş təminat verib ki, Tehran nəhayət elan olunmamış ərazilərdə tapılan nisbətən uzun müddət qalmış uran hissəciklərinin araşdırılmasına və hətta sökülən monitorinq avadanlığının yenidən quraşdırılmasına imkan verəcək.

Qeyd edək ki, 35 ölkənin daxil olduğu MAQATE-nin Rəhbərlər Şurasının rüblük iclasına cəmi iki gün qalmış agentliyin rəhbəri Rafael Qrossi Tehrana səfər edib. Tehranda aparılan danışıqlardan sonra MAQATE və İran birgə bəyanat yayıb.

Poliqon.info