Ermənistandakı Mülki Missiya atəşkəsin pozulması faktını qeydə almayıb

Bir həftəlik ərzində Aİ-nin Ermənistandakı Mülki Missiyası Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması faktını qeydə almayıb…

Poliqon.info xəbər verir ki, bunu missiyanın rəhbəri Markus Ritter Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, 100 nəfərlik missiyanın 50-yə yaxın üzvü hazırda Ermənistandadır, qalan heyətin isə mart və aprel aylarında gələcəyi gözlənilir. 50 silahsız müşahidəçidən başqa, missiyanın qalan üzvləri inzibati heyətdən ibarət olacaq.

Ritter bildirib ki, missiyada “təhlükəsizlik üzrə ekspertlər, həkimlər, eləcə də məruzəçilər” də iştirak edir. Missiya hər həftə Brüsselə gizli hesabatlar göndərir.

Poliqon.info