Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Müdafiə Nazirliyi məlumat yayıb...

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bu barədə Poliqon.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Poliqon.info