Premyer Liqa: "Qəbələ" "Qarabağ"ı, "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Poliqon.info-nun məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" 62 xalla liderdir. Meydan sahibləri 32 xalla 5-ci pillədə qərarlaşıb. Tərəflər indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 10-da "qırmızı-qaralar", 31-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 87:43.

Tura "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Tovuz klubu 26 xalla 6-cı, "ağ-qaralar" 49 xalla üçüncü sıradadır. Komandalar bu vaxtadək iki dəfə qarşılaşıblar. Bunların 1-də bakılılar qələbə qazanıbsa, digər matç heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

XXV tur

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq BəkirovHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Mübariz HüseynovQəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Turan Tovuz”Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən RəcəbovHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Əsgər Əmirəliyev“Bakcell Arena”

Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.

Poliqon.info