Supermarketdə öldürülən şəxs bu idarənin əməkdaşı olub

Supermarketdə öldürülən şəxs RİNN-in tabeliyindəki Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub...

Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.

Həyatını itirmiş Həşimov Rüfət Rahib oğluna Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, insident Baş Prokurorluq tərəfindən araşdırılır. Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir. Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək.

poliqon.info