Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib

Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib...

Poliqon.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Quba RPŞ-nin İstintaq rəisi polis mayoru Vasif Zeynallı Qobustan RPŞ-nin rəisinin birinci müavini (əməliyyat işləri üzrə rəis müavini) təyin edilib.

Poliqon.info