Bayden administrasiyası Ukrayna münaqişəsinin dondurulmasından qorxur

Ukraynadakı münaqişənin mümkün dondurulması həm Kiyevi, həm də Qərb ölkələrini zəiflədəcək, bu hal Rusiyanın qələbəsi kimi də qəbul edilə bilər..

Poliqon.info xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Ağ Evdə münaqişəsinin dondurulmasından çox ehtiyat edirlər.

Bundan əlavə, qeyd olunur ki, Avropa ölkələrinin və ABŞ-ın kəşfiyyat analitiklərinin çoxu Ukrayna ərazisində münaqişənin illərlə davam edə biləcəyini düşünür. Lakin ekspertlərin fikrincə, bu, hər iki ölkənin ordusunu və iqtisadiyyatını tükədə bilər. Buna görə Ağ Evdə Rusiyanın xaricdən yardım ala biləcəyindən narahatdırlar və Moskvanın bu yardımı ala bilməməsi üçün Ağ Ev hər şeyi edir.

ABŞ Milli Təhlükəsizlik Şurasının rəhbəri Edrien Vatson bildirib ki, məhz bu səbəbdən Vaşinqton öz müttəfiqləri və tərəfdaşları ilə, o cümlədən Almaniya ilə sıx əməkdaşlıq edir.

Poliqon.info