Bayden Rusiyada hakimiyyət dəyişikliyinə can atmadığını söyləyib

ABŞ prezidenti Co Bayden deyib ki, o, qarşısına Rusiyada hakimiyyəti dəyişmək vəzifəsi qoymayıb...

Poliqon.info xəbər verir ki, bu barədə Politico nəşri rəsmilərə istinadən yazıb. Nəşr qeyd edib ki, ABŞ prezidenti bunu “Buxarest Doqquzluğu” (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) liderləri ilə görüşü zamanı bildirib.

Mənbələrin bildirdiyinə görə, görüşdə Bayden Ukraynadakı münaqişənin məqsədinin Rusiya hakimiyyətinin dəyişməsi ilə bağlı olmadığını xatırlatmağa məcbur olub.

Qeyd edək ki, Bayden “Buxarest Doqquzluğu” sammitində demişdi ki, NATO-nun şərq cinahı ölkələri alyansın kollektiv müdafiəsində ön sıralardadır. “Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlanmasının ildönümü yaxınlaşdıqca, NATO müttəfiqlərinin bir yerdə qalması daha vacibdir”, deyə prezident vurğulamışdı.

Poliqon.info