Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı dünyaya hansı vacib mesajları verdi?

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi...

Politoloq: “Qoşulmama Hərəkatının BMT-nin Təhlükəsizlik Şurasında daimi təmsilçiliyi məsələsi də rezonans doğurdu”.

“Azərbaycanın sayəsində, ölkə prezidentinin bir sədr kimi fəaliyyəti sayəsində Qoşulmama Hərəkatı nüfuzunu daha da artırıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Bakıda təşkil olunan Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısını Poliqon.info-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etdi bir çox ölkələrdən gələn yüksək səviyyəli qonaqları qarşılayaraq onları Zirvə toplantısında salamladı. Azərbaycan prezidentinin Zirvə toplantısındakı çıxışında verdiyi bir çox mesajlar da dəyərli və diqqət çəkici idi..

Bəs Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı dünyaya hansı vacib mesajları verdi? Bu Zirvə toplantısının əhəmiyyəti və dünya siyasətinə təsiri barədə nə demək olar?

Mövzunu Poliqon-nun əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Prezident qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının həm sayı artırılmalıdır, həm də Təhlükəsizlik Şurasına Qoşulmama Hərəkatının bir daimi nümayəndəsinin də daxil edilməsinə çox böyük ehtiyac var”.

İlham Əliyevin Fransanın müstəmləkəçi siyasəti barədə çox önəmli çıxışı olduğunu nəzərə çatdıran politoloq qeyd edib ki, Prezidentin bu siyasətə yola verilən barbar üsullar haqqında çox dəqiq və hədəfə çatan fikirləri də diqqət çəkən oldu:

“Bakıda təşkil edilən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısında koronavirus və ondan sonrakı dövrdə Qoşulmayan ölkələrdə səhiyyənin vəziyyətindən danışıldı. Eyni zamanda Dünya Səhiyyə Təşkilatının əsasən inkişaf etməkdə olan nisbətən kasıb ölkələrdə koronavirusla bağlı mübarizə üsullarından söhbət açıldı. Bu məsələdə Bakının və Qoşulmama Hərəkatının sədri Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətləri qeyd edildi.

Üstəlik də, vurğulandı ki, Azərbaycanın sayəsində, ölkə prezidentinin bir sədr kimi fəaliyyəti sayəsində Qoşulmama Hərəkatı nüfuzunu daha da artırıb. Həmçinin, koronavirusla yanaşı Qoşulmama Hərəkatına daxil olan bəzi ölkələrdə ixlanizasiya - müstəmləkəçiliyin son qalıqlarının aradan qaldırılması problemlərinin, ölkələri müstəmləkəyə çevirən işğalçı ölkənin hələ də müstəmləkədən azad edilmiş ölkələrə basqısının və təsirinin qalması barədə problemlərin müzakirəsini apardılar. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransanın müstəmləkəçi siyasəti barədə çox önəmli çıxışı oldu.

Prezidentin bu siyasətə yola verilən barbar üsullar haqqında çox dəqiq və hədəfə çatan fikirləri də diqqət çəkən oldu. Azərbaycan prezidenti Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələri barədə, irimiqyaslı qətliam və Əlcəzairlə bağlı genosid siyasəti haqqında danışması da Təmas Qurumlarının üzvləri tərəfindən rəğbətlə qarşılandı.

Qabil Hüseynli: “BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının daimi təmsilçiliyinin qəbul edilməsi prinsipial əhəmiyyətə malik olardı”.

Azərbaycan prezidenti Qoşulmama Hərəkatının adından danışaraq BMT-nin yenidən qurulmasının zəruriliyini söylədi. Prezident qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının həm sayı artırılmalıdır, həm də bu Təhlükəsizlik Şurasına Qoşulmama Hərəkatının bir daimi nümayəndəsinin də daxil edilməsinə çox böyük ehtiyac var. Təmas Qrupunun iclasında da bu məsələlərə diqqət yetirildi. Bildirildi ki, Qoşulmayanlar Hərəkatının maraq və mənafelərini qorumaq üçün onların bir çox beynəlxalq təşkilatlarında təmsilçiliyi vacibdir.

Xüsusilə də, vurğulandı ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının daimi təmsilçiliyinin qəbul edilməsi prinsipial əhəmiyyətə malik olardı. Düşünürəm ki, həll edilən problemlərin hamısı kimi Qoşulmama Hərəkatının BMT-nin Təhlükəsizlik Şurasında daimi təmsilçiliyi məsələsi də rezonans doğura bildi”.

Nərminə UMUDLU Poliqon.info