Belarusda Nobel sülh mükafatı laureatı 10 il azadlıqdan məhrum edilib…

Minsk məhkəməsi Nobel mükafatı laureatı Ales Belyatskiyə 10 il həbs cəzası verib….

Poliqon.info xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

“Vesna” hüquq müdafiə mərkəzinin digər liderləri isə 7 illə 9 il arasında həbs cəzası alıblar. Hüquq müdafiəçiləri qaçaqmalçılıq və ictimai asayişi pozmaqda ittiham olunublar.

Xatırladaq ki, dövlət ittihamçısı Nobel mükafatçısı Belyatskiyə 12 illik həbs cəzası tələb edib.

İstintaqa görə, Belyaçki Belarusda rəsmi qeydiyyatdan keçməyən “Vesna” hüquq müdafiə mərkəzinin işindən qanunsuz gəlir əldə edib. Onun ümumilikdə 113 min Belarus rublu məbləğində vergi ödəmədiyi iddia olunub.

Məhkəmənin əvvəlində, Belyatski ona həbsdə saxlanılmaqla əlaqəli olmayan tədbirin seçilməsi barədə müraciət edib. Həmçinin o, məhkəməyə etimadsızlıqla bağlı vəsadət də verib. Onun vəsadətləri rədd edilib.

Xatırladaq ki, Belyatskiyə Nobel sülh mükafatı 2022-ildə verilib. 1996-cı ildə o, “Vesna” hüquq müdafiə mərkəzini yaradıb. 2021-ci ildə vergidən yayınmaqda ittiham olunub, həmin ilin yayında həbs edilib.

Poliqon.info