Leonardo Di Kaprio fırıldaqçı ilə işgüzar əlaqələrinə görə dindirilib

Aktyor Leonardo Di Kaprio axtarışda olan cinayətkar Co Lounun dələduzluğu ilə bağlı istintaqa cəlb olunub…

Poliqon.info xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Məlumata əsasən Lou Di Kaprioya “Böyük Getsbi” romanının ilk nəşrini, həmçinin Marlon Brando'nun “Oskarını” hədiyyə edib. Həmçinin aktyor və iş adamı işgüzar münasibətdə olublar. Aktyor saxtakarla həqiqətən də birlikdə işlədiyini təsdiqləyib. Ancaq Di Kaprio dələduz olan iş ortağının fırıldaq sxemlərindən xəbərsiz olduğunuda vurğulayıb.

Qeyd edək ki. böyük dələduzluq əməllərinə görə Co Lou təxminən 8 ildir ki, axtarışdadır və belə güman edilir ki, o, Çində gizlənir.

Lou Malayziyanın dövlət fondundan oğurlanan bir neçə milyard dollarlıq vəsaitin xərcləməsində ittiham olunur.

Poliqon.info