FHN: Ötən sutka ərzində 36 yanğına çıxış olub - Video

Avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər xilas edilib...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 36 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 6 nəfər, o cümlədən Ağdaş rayonunun Yuxarı Ləki kəndində VAZ markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər xilas edilib.

Poliqon.info