İlon Maskın insanlar üzərində təcrübə keçirməsinə icazə verilməyib

ABŞ tənzimləyicisi “Neuralink” şirkətinin insanlar üzərində beyin çipini sınaqdan keçirməsinə icazə verməyib…

ABŞ Qida və Dərman Tənzimləyicisi, İlon Maskın yaratdığı “Neuralink” şirkətinə düşüncə gücü ilə xarici cihazları idarə etmək üçün beyinə mikroçip implantasiyasını nəzərdə tutan testlər keçirməyə icazə verməkdən imtina edib.

Poliqon.info xəbər verir ki, bu barədə Reuters Agentliyi “Neuralink” şirkətinin indiki və keçmiş əməkdaşlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, şirkət ötən ilin əvvəlində müvafiq müraciət edib. İmtinanın səbəbləri cihazın litium batareyasının təhlükəsizliyi, kiçik implant tellərinin beynin digər nahiyələrinə mümkün miqrasiyası və cihazın beyin toxumasına zərər vermədən təhlükəsiz şəkildə çıxarılması problemi ilə əlaqədardır, deyə Reuters-in mənbələri bildirib.

Reuters-in məlumatına görə, imtinadan bir il keçib. Buna baxmayaraq, Neuralink şirkəti yaxın gələcəkdə texnologiyanı təkmilləşdirmək üçün hələ də səy göstərir.

Poliqon.info