Kadırov Bryansk vilayətind basqın edənlərin ailələri ilə hesablaşmağa çağırıb

Çeçenistan rəhbəri Kadırov Bryansk vilayətinə hücum edənlərin ailə üzvlərini məsuliyyətə cəlb eməyə çağırıb…

Poliqon.info xəbər verir ki, bu barədə Çüçnistan lideri Telegram kanalında yazıb.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Bryansk vilayətinə hücumda iştirak edən şəxslərin ailələrinin məsuliyyətə cəlb olunmasını tələb edib.

“Bryansk bölgəsinə basqın edən bütün iştirakçılarla ən sərt şəkildə və hətta qəddar şəkildə davranmaq lazımdır. Nəinki onlarla məşğul olmaq, hətta onların Rusiyada yaşayan ailələrini də məsuliyyətə cəlb etmək lazımdır”, deyə Kadırov Telegram kanalında yazıb.

Kadırovun fikrincə, təxribat törətməkdə şübhəli bilinən şəxslərin ailələri hərtərəfli yoxlanılmalıdır, çünki Çeçenistan liderinə gğrə belə terror aktları “onların köməyi və razılığı olmadan” baş vermir.

Poliqon.info