Vyetnam parlamenti yeni prezident seçib

Bir gün əvvəl Vyetnam prezidenti Nguyen Xuan Fuca öz istəyi ilə istefa verib...

Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) hakim Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibliyinin daimi üzvü Vo Van Txıonqanı dövlətin yeni prezidenti seçib.

Poliqon.info xəbər verir ki, bu barədə TASS Agentliyi Milli Assambleyanın sədri Vuonq Din Hyuoya istinadən məlumat yayıb.

1970-ci ildə anadan olan Vo Van Txıonqa Vinh Long əyalətindəndir. O, ölkənin cənubundakı Ho Şi Min şəhəri Universitetində “Marksist-Leninist fəlsəfə” üzrə təhsil alıb.

Əvvəllər o, Vyetnam Kommunist Gənclər İttifaqında, yerli partiya təşkilatlarında rəhbər vəzifələrdə çalışıb. 2007-ci ilin iyununda Milli Məclisin deputatı olub.

Onun namizədliyi Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin martın 1-də Hanoyda keçirilən 13-cü çağırış növbədənkənar plenumunda hakim partiya tərəfindən tövsiyə olunub.

Bildirilir ki, bir gün əvvəl Vyetnam prezidenti Nguyen Xuan Fuca öz istəyi ilə istefa verib. O, müasir Vyetnam tarixində səlahiyyət müddəti başa çatmamış istefa verən ilk prezident olub.

Poliqon.info