Avropa iqtisadiyyatı üç mərhələdə “müharibə relsinə” keçir…

Brüsseldə hesab edirlər ki, Avropanın müharibə dövrünə keçmə vaxtıdır…

Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası bütün Avropanı sülh dövründən müharibə dövrünə keçirməyi planlaşdırır və bunun üçün üç mərhələli plan hazırlanıb.

Poliqon.info xəbər verir ki, planın təfərrüatlarını Der Spiegel jurnalı dərc edib.

“Brüssel hesab edir ki, Avropada sülh dövrü başa çatıb və müdafiə sektoruna yanaşma köklü şəkildə dəyişdirilməlidir”, deyə xəbərdə bildirilir.

Məlumatda bildirilir ki, Avropa Komissarı tərəfindən hazırlanmış müharibə dövrünə keçid planı Aİ-yə üzv ölkələrin səfirlərinə göndərilib. Birinci mərhələ Ukraynaya silah tədarükünün artırılmasını nəzərdə tutur.

Bunun üçün Avropa dövlətlərinə təklif olunur ki, Avropa dövlətləri Ukrayna üçün birgə silah alışları həyata keçirməli, eyni zamanda böyük müdafiə sifarişi verməklə bütün sənayeyə açıq tələb siqnalı verilməlidir. Güman edilir ki, bu, sursat istehsalını üç dəfə artırmağa kömək edəcək.

Avropa ölkələrinin “müharibə şəraitinə” keçidinin ikinci və üçüncü mərhələləri barədə hələlik məlumat verilməyib.

Poliqon.info