Bayden Tramp və Obamanın Rusiyaya qarşı sanksiyalarını uzadıb

Bayden Ukraynaya görə Tramp və Obama adminstrasiyalarının Rusiyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb…

Poliqon.info xəbər verir ki, bunu Ağ Evin mətbuat xidməti bildirib.

Söhbət həm Bayden administrasiyası tərəfindən, həm də onun sələfləri Donald Tramp və Barak Obamanın prezidentliyi dövründə Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən gedir. Hazırkı prezident belə qənaətə gəlib ki, məhdudiyyətlər davam etməlidir.

“Rusiya hökumətinin hərəkətləri və siyasəti milli təhlükəsizlik və ABŞ-ın xarici siyasətinin maraqları üçün müstəsna və fövqəladə təhlükə yaratmaqda davam edir. Buna görə də, 13,660 saylı İcra Sərəncamla elan edilmiş fövqəladə vəziyyətin (sanksiya) müddətini uzatmaq qərarına gəldim”, deyə Bayden bildirib.

Poliqon.info