Prezident İlham Əliyev: Azərbaycan və BƏƏ arasında dostluq və qardaşlıq münasibətləri var

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətləri var.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi ilə görüşdə deyib.

Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi, iki ölkənin liderlərinin münasibətlərini xüsusi vurğuladı.

Poliqon.info