“Urals” neftinin qiyməti ötən ilin fevral ayı ilə müqayisədə 1,86 dəfə azalıb

Rusiyanın “Urals” neftinin orta dəyəri fevralda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,86 dəfə azalıb...

Poliqon.info xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

“2023-cü ilin fevral ayında “Urals” neftinin orta qiyməti 49,56 dollar/barel təşkil edib ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 1,86 dəfə (barel üçün 92,15 dollar) azdır”, deyə nazirliyin açıqlamasında bildirilir.

2023-cü ilin yanvar ayı ilə müqayisədə fevralda Rusiya xammalı 0,2% - 49,48 dollardan 49,56 dollara qədər bahalaşıb.

Martın 1-də Reuters xəbər verib ki, Rusiya neftini nəql etmək istəyənlərin sayının artması ilə əlaqədar olaraq, Baltik dənizi limanlarından təchizatla “Urals” neftinin qiyməti martın əvvəlində 55 dollar/barelə yüksəlib.

Poliqon.info