SN: Müayinə olunmadan vitamin qəbulu immun sistemini gücləndirməyə xidmət etmir

Həkim müayinəsindən keçmədən və analiz vermədən vitamin qəbulu yolverilməzdir...

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, müayinə olunmadan vitamin qəbulu immun sistemini gücləndirməyə xidmət etmir:

“Çünki vitamin çatışmazlığı orqanizmimiz üçün nə qədər zərərlidirsə, vitamin çoxluğu da bir o qədər zərərlidir”.

Həkim qeyd edib ki, immuniteti gücləndirmək üçün ilk növbədə, yuxu rejiminə, ikinci növbədə isə qidalanmaya diqqət etmək lazımdır:

“Nəzərə almaq lazımdır ki, yaxşı qidalanmaq çox yemək deyil, balanslı qidalanmaqdır”.

Poliqon.info