Rusiyada sərxoş rus ev yoldaşını 13-cü mərtəbədən atıb…

Kurçatov şəhər məhkəməsi mübahisə zamanı 37 yaşlı ev yoldaşını 13-cü mərtəbədən atan 29 yaşlı kişini həbs edib…

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə Kursk rayon məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hər ikisi sərxoş olub və liftin açıq pəncərəsi yaxınlığında mübahisə ediblər. Kişi ev yoldaşını 13-cü mərtəbədən atıb və o, aldığı xəsarət nəticəsində hadisə yerindəcə ölüb.

Eyni zamanda, məlum olub ki, şübhəli əvvəllər qanunsuz silah dövriyyəsi ilə də bağlı cinayət məsuliyyətinə cəlb olunub.

Bundan başqa, həbs edilən şəxs hüquq pozuntularına görə dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.

Poliqon.info