Serbiya Kosovo ilə əməkdaşlığa hazırdır…

Prezident Vuçiç Aİ-nin Kosovo ilə bağlı planını müzakirə etməyə hazır olduğunu açıqlayıb…
Vuçiç: “Serbiya müstəqilliyi tanımaqdan başqa, Aİ-nin Kosovo ilə bağlı planını müzakirə etməyə hazırdır”.

Poliqon.info xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç RTS milli televiziyasının efirində ölkə hakimiyyətinin Avropa İttifaqının Kosovoda nizamlanma planının icrasını müzakirə etməyə hazır olduğunu bildirib.

Dövlət başçısının sözlərinə görə, o, Kosovonun baş naziri Albin Kurti ilə fevralın 27-də Brüsseldə keçirilən danışıqlarda nizamlanmaya dair “Fransa-Almaniya” təklifi ilə bağlı razılığa gələ bilməyib.

"Mən qarşılıqlı tanınma və Kosovonun BMT-yə qəbulu barədə danışmaq istəmirəm və danışa da bilmərəm", deyə Serbiya lideri bildirib.

Siyasətçinin sözlərinə görə, “qalan hər şeyə görə” o, danışıqlarda açıqdır. Vuçiçin qeyd edib ki, o, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsa da daxil olmaqla, bunu vasitəçi tərəflərə dəfələrlə bəyan edib.

“Mən Serbiyanın prezidenti olduğum müddətdə nə Kosovonun rəsmi və ya qeyri-rəsmi tanınmasını, nə də Kosovonun BMT-yə üzv olmasını imzalamayacağam və ya qəbul etməyəcəyəm”, deyə Vuçiç bildirib.

Poliqon.info