63 yaşlı model Marks & Spencer iç geyim reklamında rol alıb

Model Nikola Qriffin “Marks & Spencer” İngilis brendinin böyük ölçülü alt paltar reklamında rol alıb...

Poliqon.info xəbər verir ki, bununla bağlı müvafiq məlumatı Daily Mail yayıb.

Yayımlanan fotoda 63 yaşlı model klassik krem rəngli kostyumda görünüb. O, eyni zamanda pencəyini çıxararaq, bej rəngli büstqalterdə fiqurunu nümayiş etdirib.

Qriffinin obrazı saçlarına atılmış həcimli dalğalar,yüngül makiyaj və boynundaki zəncir formasında olan aksesuarla tamamlanıb.

Reklam yayımlandıqdan sonra model sosial şəbəkələrdə açıq-saçıq imicinə görə qınanıldığını bildirib: "Parlaq dərim və qarın əzələlərim olmasa da, bədənimi göstərməyə cəsarət etdiyim üçün mühakimə olunuram. Mən özümə əminəm”, deyə model bildirib.

Poliqon.info